Məşqçinin qərarı onu özündən çıxardı - Karyerasını yekunlaşdırdı

Antuan Qrizmann Fransa millisindəki karyerasını başa vurub.

Metbuat.az xəbər verir ki, Antuan Qrizmann ona kapitanlıq sarğısı verilmədiyi üçün belə qərar qəbul edib. Bu barədə mediaya Qrizmannın millidəki komanda yoldaşı Olivye Jiru məlumat verib. İddia edilir ki, Uqo Llorisin Fransa millisindən gedişindən sonra Antuan Qrizmann kapitanlıq sarğısının ona verilməsini istəyib. Lakin baş məşqçi Didye Deşam bu məsuliyyəti Kilian Mbappeyə həvalə edib.

Bundan narazı olan Antuan Qrizmann millidəki karyerasını yekunlaşdırıb. Qeyd edək ki, Antuan Qrizmann Fransa millisində 137 oyunda 44 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı