COP29 zamanı Bakıda məhdudiyyət olacaq? - AÇIQLAMA

COP29-un keçirildiyi dövrdə şəhərin mərkəzində hər hansı məhdudiyyət nəzərdə tutulmayıb.

Metbuat.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında COP29 Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu deyib.

O bildirib ki, Liderlər Sammitinin keçirildiyi ərazidə noyabrın 11-13-də dövlət və hökumət başçılarının hərəkəti zamanı hava limanından şəhərə, şəhərdən hava limanına hərəkət üçün plan hazırlanıb. Bir sıra məhdudiyyətlərin olacağı ilə bağlı məlumat ictimaiyyətlə paylaşılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı