“Hizbullah” İsrailə qarşı müharibədə gərginliyi artıracaq yeni mərhələyə keçəcəyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, “Hizbullah” bu barədə yazılı açıqlama verib. Açıqlamada, "Rəhbərliyin göstərişlərinə uyğun olaraq, düşmən İsraillə qarşıdurmada gərginliyi artıracaq yeni mərhələyə keçiləcək. Bunun əks-sədaları olacaq” deyə bildirilib. Bəyanatda, Livana qarşı quru hücumlarının başladığı gündən bu yana 55 İsrail əsgərinin öldürüldüyü, 500-dən çoxunun yaralandığı və zirehli texnikaların məhv edildiyi bildirilib.
Qeyd edək ki, İsrail ordusu ötən ay Livanın cənubunda “Hizbullah”a qarşı qurudan hücumlara başladığını açıqlayıb. İsrailin Livandakı hücumlarında 2 mindən çox insan həlak olub. “Hizbullah” lideri Həsən Nəsrullah İsrail ordusunun Beyruta endirdiyi hava zərbələri nəticəsində öldürülüb.