Bu gün 10-cu tura yekun vurulacaq

Azərbaycan Premyer Liqasında bu gün 10-cu tura yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, günün ilk görüşündə 4-cü yerdəki “Zirə” 5-ci pillədəki “Sabah”ı qəbul edəcək.

Matç saat 17:30-da başlayacaq.

Günün digər matçında - turun son oyununda “Sumqayıt” “Turan Tovuz”la qarşılaşacaq.

Misli Premyer Liqası

10-cu tur

20 oktyabr (bazar)

17:30. “Zirə” –“Sabah”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu,

20:00. “Sumqayıt”– “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev
VAR: Cavid Cəlilov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR