Bakıda 25 yaşlı gənci yaraladılar - Şübhəli şəxs axtarılır

Oktyabrın 20-də günorta saatlarında paytaxtın Sabunçu rayonu ərazisində 1999-cu il təvəllüdlü Ş.Nəbiyevə kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumat verib.

O bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib və saxlanılması istiqamətində tədbirlər görülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı