Laporta 2-8 hesablı məğlubiyəti xatırladıb Flikdən bunu tələb etdi

"Barselona"nın prezidenti Joan Laporta ilə baş məşqçi Hansi Flik arasında görüş keçirilib.

Metbuat.az xəbər verir ki, müzakirə olunan mövzulardan biri də, “Barselona”nın UEFA Çempionlar Liqası çərçivəsində “Bavariya”ya ilə keçirəcəyi görüş olub. Bildirilib ki, Joan Laporta 2019-2020 mövsümündə “Barselona”nın “Bavariya”ya 2:8 hesabı ilə uduzduğu matçı Hansi Flikə xatırladıb.

Laportta Hansi Flikə, "Sən bizə borclusan. “Bavariya”ya matçında fərqli qalib gəlsək, əla olar" – deyə bildirib. Qeyd edək ki, "Barselona"nı 2-8 hesabı ilə məğlub olduğu matçda Hansi Flik "Bavariya"nın məşqçisi idi. UEFA Çempionlar Liqasında "Barselona" doğma meydanda "Bavariya" ilə qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı