"Mənim üçün bitdi" - Mertensdən gözlənilməz QƏRAR

"Qalatasaray"ın 37 yaşlı ulduz futbolçusu Dries Mertens Belçika milli komandasında karyerasını başa vurduğunu elan edib.

Metbuat.az xəbər verir ki, Dries Mertens uzun müddətdir Belçika milli komandasına dəvət aladığını bildirərək bu barədə qərarını açıqlayıb.

Təcrübəli yarımmüdafiəçi Belçika milli komandasının baş məşqçisi Domenico Tedesco ilə bu barədə danışaraq milli komanda ilə əlaqəsinin sona çatdığını bildirib.

"Tedesco mənimlə söhbət etdi və vəziyyəti izah etdi. Hər zaman demişəm, əgər on futbolçu zədələnsə və həqiqətən kimisə çağıra bilməsəniz, o zaman məni hər zaman çağırmaq olar. Qərarını belə gözəl şəkildə izah etdiyi üçün ona minnətdaram. Mənim üçün hər şey bitdi, artıq mən də bir azarkeşəm."

Qeyd edək ki, Dries Mertens Belçika milli komandası ilə 109 oyunda meydana çıxıb, 21 dəfə rəqib qapısından top keçirməyi bacarıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı