Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq etdi

Audiovizual Şura “Xəzər TV”nin efirində yayımlanan qeyri-etik sözə görə kanala xəbərdarlıq edib.

Bu barədə Metbuat.az-a Şuradan məlumat verilib.

Bildirilib ki, buna səbəb "Xəzər TV" kanalının efirində 22 oktyabrda saat 22.00-23.10 arası yayımlanan serialda personajlardan birinin səsləndirdiyi qeyri-etik ifadənin efirə verilməsidir.

Qeyd edilib ki, serialın yayımı zamanı (saat 22.32-da) personajın ifadə etdiyi qeyri-etik ifadənin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmayıb və bununla da, "Media haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddəsi pozulub.

"Xəzər TV-nin efirində belə halın ilk dəfə baş verməsini nəzərə alaraq, Audiovizual Şuranın üzvləri bu dəfə yayımçıya belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilib",- deyə məlumatda qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı