Professor seminardan sonra vəfat etdi - FOTO

Azərbaycanda professor dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov məlumat yayıb.

“İnstitutun əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru, professor Nadir Süleymanov oktyabrın 24-ü axşam saatlarında vəfat edib. N.Süleymanov oktyabrın 23-də institutun ənənəvi elmi seminarında iştirak edib”, - M.Mərdanov bildirib.

Qeyd edək ki, Nadir Məhəmməd oğlu Süleymanov 15 dekabr 1932-ci ildə Ucar rayonu Rəstəcə kəndində anadan olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR