24 yaşlı ana öldü, körpəsi doğuldu - FOTO

Xəbər verdiyimiz kimi, bu gün səhər Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum evində ana ölümü baş verib.

Metbuat.az bildirir ki, 2000-ci il təvəllüdlü Zəhra Zamanova ötən gün doğum evinə gətirilib. Həkimlər müayinə etdikdən sonra xəstənin vəziyyətinin normal olduğunu bildirib və onu palataya yerləşdiriblər. Yaxınlarına isə evə qayıtmalarını məsləhət görüblər.

Lakin gecə saatlarında xəstədə doğum sancıları başladığından, o, reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, körpəsini dünyaya gətirən ananın həyatını xilas etmək mümkün olmayıb. Mərhumun yaxınları isə həkimləri səhlənkarlıqda günahlandırırlar.

Qeyd edək ki, Zəhra Zamanova iki uşaq anası idi. Yeni doğulan körpəsindən əlavə onun yolunu bir oğlu və qızı gözləyirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı