FHN qüvvələri su basmış ərazilərə cəlb olundu - VİDEO

Bakı şəhərində yağan leysan yağışlarla əlaqədar su basmış yerlərdən suyun çəkilməsinə başlanılıb.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda bəzi ünvanlarda subasmanın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub və nazirliyin qüvvələri ərazilərə cəlb olunub:

"Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı