“Real” rəhbərliyi Parisə getməkdən imtina etdi - “Qızıl top” qalmaqalı

“Real Madrid” rəhbərliyi “Qızıl top” mükafatının verilmə mərasimində iştirakdan imtina edib.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Real” rəhbərliyi hesab edir ki, ötən mövsüm üzrə “Qızıl top” mükafatının qalibi Vinisius olmayacaq. İddialara görə, “Real” rəhbərliyi Parisə uçuşu təxirə salıb. Məlumatda, ötən mövsüm üzrə “Qızıl top” mükafatının qalibinin "Mançester Siti" və İspaniya millisinin yarımmüdafiəçisi Rodrinin olacağı irəli sürülüb.

Qeyd edək ki, bundan əvvəl İspaniyanın "Marca" qəzeti ötən mövsüm üzrə “Qızıl top” mükafatının qalibinin Vinisius olacağını irəli sürmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı