Buraxılış imtahanlarının tarixi ilin sonunda elan ediləcək.
Metbuat.az xəbər verir ki, DİM İdarə Heyətinin sədri Məleykə Abbaszadə imtahan tarixlərinin bütün nazirlik və təşkilatlarla razılaşdırıldıqdan sonra elan ediləcəyini bildirib.
O, imtahan proqramlarının sentyabr ayda ictimaiyyətə açıqlandığını, builki yeniliklərin buraxılış imtahanında ingilis dili üzrə tətbiq olunacağını qeyd edib.
Məleykə Abbaszadə həmçinin şəhid övladları üçün sınaq imtahanlarının pulsuz keçiriləcəyini bildirib.