ABŞ-dan Bakı-İrəvan münasibətləri barədə açıqlama

Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı prosedur qaydaları rəsmiləşdirmək qərarını alqışlayır.

Metbuat.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, bu, davamlı dialoq vasitəsilə tərəqqinin mümkün olduğunu nümayiş etdirir:

“Biz regionda təhlükəsizlik, firavanlıq naminə davamlı və layiqli sülhə nail olmaq üçün hər iki tərəfin işini dəstəkləyirik”, - Miller bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı