Xəbər verdiyimiz kimi, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və şəxsiyyəti müəyyənləşdirilən Piriyev İsmət Medal oğlunun meyitinin qalıqları Göyçay rayonuna gətirilib. Şəhidin nəşi bu gün Göyçayın Çərəkə kəndində ailəsinə təhvil verilib, vida mərasimi keçirilib.
Metbuat.az-ın məlumatına görə, vida mərasimi yekunlaşıb. Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Çərəkə kənd Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.
Qeyd edək ki, Piriyev İsmət Medal oğlu 1994-cü ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi ərazisində gedən döyüşlərdə itkin düşmüş sayılırdı. O, Beyləqan rayonunda “Peyğəmbər” məzarlığında naməlum şəhid kimi dəfn olunmuşdu.