Bakının bəzi ərazilərində işıq olmayacaq - Bu tarixdə

Xəzər RETSİ-nə (Rayon Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan Binə qəsəbəsində elektrik xətlərinin yenilənməsi işləri ilə əlaqədar noyabrın 2-də və 4-dən 8-dək elektrik xətləri sifarişə əsasən açılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə "Azərişıq" məlumat yayıb.

Bununla əlaqədar olaraq, saat 10:00-dan saat 16:00-dək Binə Atçılıq yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı