Yunanıstan Almaniyadan müharibə təzminatı tələb edir

İkinci Dünya Müharibəsində Almaniya tərəfindən işğal edilən Yunanıstan, Berlin administrasiyasının müharibə zamanı vurduğu zərərin əvəzini ödəməsini tələb edir.

Metbuat.az xəbər verir ki, təxminən 400 min Yunan vətəndaşının həyatını itirdiyi İkinci Dünya Müharibəsindən sonra Yunanıstan-Almaniya əlaqələri Avropa Birliyi çərçivəsində formalaşsa da, Afinanın təzminatı tələbi aradan qalxmayıb. Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Afinaya səfəri zamanı təzminat məsələsi yenidən gündəmə gəlib. Yunanıstan Prezidenti Katerina Sakelaropulu Ştaynmayerə ödənilməmiş müharibə təzminatını xatırladıb.

Qeyd edək ki, Saloniki Universitetinin tarix professoru Stratos Dordanas bildirib ki, tələb olunan müharibə təzminatı ilə bağlı fərqli hesablamalar var. İqtisadi böhran dövründə ifadə edilən məbləğ təxminən 350 milyard avro idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı