Harris Trampı 3 faiz qabaqlayır - Sorğu

ABŞ-nin vitse-prezidenti və Demokratların prezidentliyə namizədi Kamala Harris, keçmiş prezident və Respublikaçılar Partiyasının namizədi Donald Trampı seçki reytinqdə 3 faiz bəndi ilə üstələyir.

Metbuat.az “The Hill”ə istinadən xəbər verir ki, “YouGov” sosioloji xidmətinin sorğusuna görə bu qənaətə gəlinib.

Keçirilən sorğuya görə, Harris respondentlərin 50%-nin, Tramp isə 47%-nin dəstəyini qazanıb. Əvvəlki sorğuda Harrisin 250, Trampın isə 219 səs topladığı qeyd olunmuşdu.

Nevada, Arizona, Viskonsin, Pensilvaniya, Şimali Karolina və Corciya "yelləncək" ştatlar hesab edilir. Harris Nevada, Viskonsin, Pensilvaniya və Şimali Karolinada, Tramp isə digər ştatlarda daha populyardır.

Sorğu 25-31 oktyabr tarixlərində 57 min seçici arasında aparılıb. “The Hill” və “Decision Desk”in 324 sorğu əsasında apardığı təhlillərdə Harris Trampı 0,3 % fərqlə (48,3%-ə qarşı 48%) qabaqlayır.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 5 noyabrda keçiriləcək. Artıq 70 milyondan çox insan erkən səsvermədə iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı