Qadın voleybolçular arasında Azərbaycan Kubokunun sahibi bəlli oldu

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunda qadınların mübarizəsində qalib müəyyənləşib.

Metbuat.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan həlledici oyunda "Gəncə" və "Abşeron" kollektivləri üz-üzə gəlib.

Qarşılaşma ikincilərin 3:0 (25:18, 25:20, 25:16) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu gün baş tutan kişilərin final görüşündə “Xilasedici” "Azərreyl"i 3:0 hesabı ilə üstələyərək ölkə kubokunun sahibi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı