Mərkəzi Bank dollarla bağlı məlumat yaydı

Noyabrın 5-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Bu barədə Metbuat.az tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, hərracda tələb 69,3 mln. ABŞ dolları təşkil edib və tam təmin olunub.

Qeyd olunub ki, hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı