​Rusiya “Apple” şirkətinə cəza tətbiq etdi

Rusiya “Apple” şirkətinə cəza tətbiq edib.

Metbuat.az xəbər verir ki, Moskva, şirkəti 3,6 milyon rubl (təxminən 37 min dollar) cərimələyib. Bildirilir ki, “Apple”a qarşı açılan işə paytaxt Moskvada baxılıb. Məhkəmə “Apple” şirkətinin bəzi qadağan olunmuş məzmuna girişi bloklamadığı üçün qanuna əməl etmədiyi qənaətinə gəlib.

Qeyd edək ki, bundan əvvəl Rusiya oxşar səbəblərə görə “Google”, tiktok və teleqram kimi müxtəlif xarici platformalar üçün cərimələr tətbiq edilib. Həmçinin, “Google” şirkəti Rusiya televiziyalarının yayımını blokladığı üçün cəzaya məruz qalmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı