Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev beynəlxalq sammitlərdə iştirak etmək üçün noyabrın 11-13-də Səudiyyə Ərəbistanına və Azərbaycan Respublikasına işgüzar səfərlər edəcək.
Metbuat.az xəbər verir ki, Şavkat Mirziyoyev 12-13 noyabr tarixlərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.