Xəzərdə görünən nədir? - VİDEO

- Bakıda görülən "nəhəng canlı"nın sirri açıldı - FOTO

Xəzər dənizində nə olduğu bilinməyən görüntü geniş marağa səbəb olub.

Metbuat.az xəbər verir ki, ətrafda olan şahidlər onun nəhəng ölçüdə olduğunu və suyun səthində bir müddət üzərək yoxa çıxdığını bildiriblər.

Sosial şəbəkələrdə paylaşılan videogörüntülər izləyicilər arasında maraqla qarşılanıb, müxtəlif müzakirələrə yol açıb. Çoxları bu məxluqun balina olduğunu ehtimal ediblər.

Ətraf mühit üzrə ekspert Rövşən Abbasov Xəzər Xəbər-ə deyib ki, yayılmış görüntülərin real olduğunu demək çətindir.

O, hesab edir ki, Xəzər dənizində balina yaşaya bilməz. Ekspertin sözlərinə görə, Xəzər dənizində yalnız nərə balığı kimi nəhəng ölçülü balıqlar yaşayır: "Xəzər dənizində kifayət qədər iri balıqlar var və onların ən böyüyü ağ balıqdır".

Rövşən Abbasov onu da bildirib ki, iqlim dəyişikliyi səbəbindən dənizlərdə müəyyən dəyişikliklər olur və bəzi canlı növləri daha əvvəl görünmədikləri yerlərə gəlib çıxırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı