Rahil Məmmədovdan Polşada uğurlu çıxış

Azərbaycan millisinin üzvü Rahil Məmmədov Polşa çempionatında "Radomyak" klubunda uğurlu çıxış edərək həftənin rəmzi komandasına daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı Ekstraklasa təmsilçisinin rəsmi "Facebook" səhifəsi yayıb. Bildirilib ki, 28 yaşlı müdafiəçi XV turun "11-lik" heyətinə seçilib. Onun komandası səfərdə "Poqon"u 1:0 hesabı ilə məğlub edib, həmin matç boyunca Məmmədov meydanda olub.

Qeyd edək ki, "Radomyak" 15 oyundan sonra 16 xalla çempionatda 13-cü sırada yer alır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı