Bakı, 8 iyun, AZƏRTAC
Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinə prosesi və buna dair bütün tələblər iyunun 1-dən icra olunmağa başlayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iş prosesinin təşkili, əhalinin maarifləndirilməsi məqsədilə paytaxt Bakıda və regionlarda jurnalistlər üçün görüş təşkil olunub.
Bakı şəhərində, Qusar, Mingəçevir və Cəlilabad rayonlarında nikaha daxil olmaq istəyən şəxslərdən müayinələr üçün qan nümunələri götürülüb, gələcək ailənin sağlamlığı baxımından onlarla söhbət aparılıb.
Bundan əlavə, paytaxt və regionlardakı tibb müəssisələrində yaradılmış şərait, eləcə də tibbi heyətin prosesə tam hazırlığı barədə jurnalistlərə məlumat verilib.