İsrail və “Hizbullah” atəşkəslə bağlı razılığa gəlib.
Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, razılaşmaya əsasən “Hizbullah” hərbi qüvvələrini Livanın cənubundakı 10 kilometrlik ərazidən geri çəkəcək. Həmçinin, İsrail ordusunu Livanın cənub zolağından geri çəkəcək. Məlumata görə, atəşkəs ABŞ-ın yeni Prezidenti Donald Trampın vəzifəyə başlayacağı tarixə qədər davam edəcək.
Qeyd edək ki, Donald Tramp prezident seçilməzdən əvvəl müharibələri dayandıracağını bildirmişdi. Bildirilir ki, tərəflər arasında atəşkəsin əldə edilməsində Trampın prezident seçilməsindən sonra apardığı diplomatik səylər rol oynayıb.