Peres Arda barədə iddialara son qoydu - Yekun qərar belədir

“Real Madrid”də istədiyi qədər oynamaq şansı əldə edə bilməyən Arda Gülerin icarəyə göndəriləcəyi barədə xəbərlər dərc edilir.

Metbuat.az xəbər verir ki, Ardanın icarəyə göndəriləcəyi ilə bağlı iddialar səslənərkən, "Real Madrid"in prezidenti Florentino Peres futbolçu barədə açıqlama verib. İspaniya mətbuatında yer alan xəbərlərə görə, Florentino Peres mətbuata Ardanınklubda qalacağını bildirib. Məlumata görə, Peres media nümayəndələrinə “Arda mövsümün fasiləsində "Real Madrid"də qalacaq. Buna heç bir şübhə yoxdur” - deyə bildirib.

Qeyd edək ki, Arda Güler bu mövsüm "Real Madrid"də 12 matça çıxıb. Bu qarşılaşmalarda ümumilikdə 307 dəqiqə meydanda qalan Arda Güler, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı