Audiovizual Şura İTV-yə xəbərdarlıq etdi

Azərbaycan Respublikası Audiovizual Şurasının növbədənkənar onlayn iclası keçirilib.

Bu barədə Metbuat.az-a Audiovizual Şuradan məlumat verilib.

İclas "İTV" kanalında yayımlanan "Vətəndaş A" serialında personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsi ilə bağlı məsələyə həsr olunub.

Müzakirə zamanı qeyd olunmuşdur ki, serialın yayımı zamanı personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmamış və bununla da, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbi (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulub.

Müzakirələrin nəticəsi olaraq Audiovizual Şura bir daha bu cür halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinə xəbərdarlıq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı