Deputat Gülşən Paşayeva Milli Məclisin plenar iclasında yeni seçilmiş deputatların yer (ofis) problemini qaldırıb.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, Gülşən Paşayeva diqqətə çatdırıb ki, deputatları icra hakimiyyəti orqanları ofislə təmin etməlidir: “Amma bu məsələ hələ də həll olunmayıb”.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, yeni seçilmiş deputatlar üçün seçildikləri dairələrdə deputat otaqları fəaliyyət göstərir.
O qeyd edib ki, rayon icra hakimiyyətlərində də istənilən iclasın keçirilməsi üçün yerlər mövcuddur.
Deputat Elşad Musayev bildirib ki, Siyavuş Novruzov deyən yerlər ancaq YAP deputatlarına verilib, onlara yox: “Xahiş edirəm bizim yer problemimiz həllini tapsın”.