Hələb qarışdı, 132 nəfər öldü - Suriyada nə baş verir?

Suriyada rejim əleyhdarı Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşması Hələbin şimalından Bəşər Əsəd qüvvələrinə qəfil hücum edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən səhər başlayan döyüşlərdə indiyə qədər 132 nəfərin həyatını itirib.

İngiltərə mərkəzli Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, ölənlərdən 65-i HTŞ üzvləri, 18-i müttəfiq qruplaşmalardan, 49-u isə rejim qüvvələrindən ibarətdir.

HTŞ silahlıları dünən Halepin qərbində 32, bu gün isə iki kənd və strateji məntəqəni nəzarət altına alıblar.

Heyət Təhrir əş-Şam qruplaşması və müttəfiqlərinin nəzarət altına aldığı ərazilərə Əl Rağib təpəsi, Kuptan dağı, Dabbabat təpəsi, Ancara qəsəbəsi, 46-cı Liva və Kəfr Besme, Basartun, Əlqasimi, Urumsuqra, Şeyx Əkil və digər məntəqələr daxildir.

Bölgədən təxliyə edilən 10 minə yaxın dinc sakin İdlib ətrafına sığınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR