Türkiyə Superliqasında "Fənərbaxça" lider "Qalatasaray"ın xal itirməsindən istifadə edib.
Metbuat.az xəbər verir ki, 14-cü turda "Qaziantepspor"u qəbul edən “Fənərbaxça" 3-1 hesabı ilə qələbə qazanıb. Meydan sahiblərinin qollarına Aydın, Becao və Dzeko imza atıb. Qonaqların tək qoluna Okereke imza atıb. Bu qələbədən sonra "Fənərbaxça" lider "Qalatasaray"la 5 xallıq fərqi 3-ə endirib.
Qeyd edək ki, "Qalatasaray" evdə “Eyyübspor”la 2-2 hesabı ilə heç-heçə etmişdi. Hazırda "Qalatasaray"ın 35, "Fənərbaxça"nın 32 xalı var. “Samsunspor” 29 xalla üçüncü, “Eyyübspor” isə 23 xalla 4-cü yerdə qərarlaşıb. Bu mövsüm uğursuz oyun nülayiş etdirən “Beşiktaş” 22 xalla 5-ci yerdə qərarlaşıb.