"Gürcüstanda baş verənləri izləyirik" - NATO Baş katibi

"Biz Gürcüstanda baş verənlərdən narahatıq".

Metbuat.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Rusiyanın Gürcüstanda keçirilən seçkilərə mümkün müdaxiləsi ilə bağlı sualı cavablandırarkən deyib.

O, Tbilisidə baş verən hadisələri izlədiklərini bildirib: "Biz Gürcüstanı Avropa İttifaqı və NATO ilə Avro-Atlantik inteqrasiya yoluna qayıtmağa çağırırıq. Biz həqiqətən də baş verənlərdən narahatıq və hadisələri izləyirik. Kiminsə seçkilərə müdaxiləsinə gəlincə, bu, qəbuledilməzdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR