“Qalatasaray” mövsümün fasiləsində Viktor Nelsonun klubdan ayrılması ehtimalına görə onun alternativini müəyyən edib.
Metbuat.az xəbər verir ki, “Qalatasaray” hazırda azad agent olan Serxio Ramosu transfer etmək istəyir. Türkiyə klubu azad agent olduğuna görə, transferə çox pul xərcləməyəcək. Türkiyə mediasının məlumatına görə, baş məşqçi Okan Buruk “Sevilya”dan ayrılandan sonra klubsuz olan Ramosun təcrübəsinə etimad göstərir. Okan Buruk təcrübəli ulduzu müdafiə üçün yaxşı seçim hesab edir.
Məlumata görə, Ramos “Qalatasaray” kimi nəhəng komandanın təklifini məmnunluqla qəbul edə bilər. Türkiyə klubunun Avropa liqasında iştirak etməsi də Ramosun təklifə razılıq verməsinə səbəb ola bilər.