Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunda qeydə alınıb.
VAZ-2107 markalı avtomobil yolu keçən ər və arvadı vurub.
Yaralılar xəstəxanaya çatdırılsa da, qadının xilas etmək mümkün olmayıb.
Ölən şəxsin 1972-ci il təvəllüdlü Könül Novruz qızı Şeydalıyeva olduğu bildiriir.
Fakt araşdırılır.