Oliver Kan məşhur klubu alır

Keçmiş qapıçı Oliver Kan Fransanın "Bordo" klubunu almaq üçün danışıqlara başlayıb.

Metbuat.az xəbər verir ki, "Bavariya"nın keçmiş qapıçısı iqtisadi məsələlərə görə Fransada aşağı liqaya göndərilən klubun sahibi olmaq istəyir. “Bild” qəzetinə müsahibə verən Kan, hələlik razılıq əldə edilmədiyini ifadə edib. “Bordo” klubunun vitse-prezidenti Arnaud De Karlinin sözlərinə görə, Kan birbaşa olaraq klub prezidenti Gerard Lopezlə əlaqə saxlayıb. Məlumata görə, 4-cü liqaya göndərilən klubun hazırda 118 milyon avro borcu var. Bildirilir ki, klub müşahidə şurası olan DNCG-yə iqtisadi zəmanətlər vermədiyi üçün aşağı liqaya göndərilib.

Qeyd edək ki, Oliver Kan “Bavariya”da 600-dən çox oyunda iştirak edib, çoxsaylı kuboklar qazanıb və Almaniyanın 1996-cı ildə Avropa Çempionatını qazanmasına və 2002-ci il Dünya Kubokunun finalına yüksəlməsinə kömək edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı