Əməkdar artist təltif olundu
Milli.Az xəbər verir ki, əməkdar artist Naina İbrahimova Azərbaycanla Almaniya arasında daim mədəni əlaqələr yaradan "Körpü" cəmiyyəti tərəfindən mükafatlandırılıb.
Belə ki, o, dünyaca məşhur ulduzların obrazlarını yaradaraq iki dövlət arasında mədəni əlaqələrin daha da möhkəmlənməsi üçün atdıqları addımlara görə cəmiyyətin sədri, professor Çingiz Abdullayev tərəfindən diplomla təltif edilib.
Qeyd edək ki, əməkdar artist Çarlin Çaplin, Marlin Ditrix, Maykl Cekson, Merlin Manro və s. məşhur simaların obrazlarını yaradaraq möhtəşəm fotosessiyaları ilə yadda qalıb.
Milli.Az
