Siz unutsanız da o unutmayacaq - "WhatsApp"da bezdirici yenilik

“WhatsApp” yeni funksiya üzərində işləyir.

Metbuat.az xəbər verir ki, yeni funksiya gələn mesajlarla bağlıdır. Bildirilir ki, yeni funksiya tətbiqin Android beta versiyasında müşahidə edilib. Məlumata görə, yeni funksiya istifadəçilərin açmadığı və sonradan unutduğu mesajları xatırladacaq. Yeni funksiya sayəsində mesajların unudulmasının qarşısı alınacaq. Bildirilir ki, bu bütün mesajlara aid olmayacaq və istifadəçinin ən çox ünsiyyətdə olduğu istifadəçilərin mesajları ilə bağlı olacaq.

Bunu alqoritm müəyyən edəcək. Bu yenilik bəzi istifadəçilər üçün faydalı olsa da, bəziləri üçün bezdirici ola bilər. Yeniliyin necə işlədiyi barədə məlumatlar işlər yekunlaşandan sonra dərc ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı