Karlo Ançelotti “Real Madrid” soyunub-geyinmə otağını idarə etməkdə çətinlik çəkir.
Metbuat.az xəbər verir ki, ulduz futbolçular arasında eqo döyüşləri və bəzi oyunçuların əsas heyətə düşməməsi gərginlik yaradıb. İddialara görə, Arda Güler italiyalı çalışdırıcı ilə görüş keçirib və buna görə də o, əsas heyətə düşə bilmir. Arda niyə oynamadığını Ançelottinin özündən öyrənmək istəyib və tərəflər arasında sərt mübahisə düşüb. Türkiyə mediasının iddiasına görə, Ardanın əsas heyətə az düşməsi bu gərginliklə bağlıdır.
Bildirilir ki, Ançelotti “Real”da qalsa, prezident Florentino Peresi Ardanın icarəyə getməsinə razılıq verəcək.