"Mançester Siti" ulduz futbolçusunu yola salır

İngiltərənin "Mançester Siti" klubu ulduz futbolçusu Cek Qriliş ilə yollarını ayıra bilər.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, rekord transfer qiyməti ilə komandaya qatılan futbolçu gözləntiləri tam olaraq doğrultmayıb.

Belə ki, 2021-ci ildə "Aston Villa"dan 117 milyon avro qarşılığında transfer edilən Qriliş "Mançester Siti"də 142 oyunda cəmi 14 qol vurub və 20 məhsuldar ötürmə edib.

Lakin klub tarixinin ən bahalı transferi Qrealiş keçirdiyi 3,5 ildə gözləntiləri qarşılaya bilməyib. "Siti"nin heyətində 142 rəsmi oyuna çıxan ingilis ulduz 14 qol vurub, 20 məhsuldar ötürmə edib.

Xüsusən də bu mövsüm ilk 11-lik yerini itirən Cek Qrilişin növbəti mövsümdə yenidən qurulması gözlənilən Mançester Sitidən ayrılacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR