Azərbaycanın futzal millisi əsas mərhələyə heç-heçə ilə başladı - AVRO-2026

Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsindəki ilk oyununda İsveçlə heç-heçə edib.

Metbuat.az-ın məlumatına görə, Vitali Borisovun baş məşqçisi olduğu yığma Bakı İdman Sarayında reallaşan matçda 3:3 hesablı bərabərliyə razılaşıb.

Yığmamızın heyətində Oktay Rüstəmli (2,) və Xəzər Ağalızadə (23) fərqlənib

Skandinaviyalılar qrupdakı ilk matçda Yunanıstana uduzublar - 1:4.

Qeyd edək ki, yığmamız V qrupdakı növbəti görüşünü gələn il yanvarın 31-də Xorvatiyaya qarşı keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı