Quru sərhədləri açılsa, bu reys bərpa ediləcək

Azərbaycanın quru sərhədləri açılsa, "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Tbilisi-Bakı reysini bərpa edəcək.

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

"Yalnız sərhədlər açılandan sonra ADY bununla bağlı hazırlıq işlərinə başlayacaq", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı