Mövsümün fasiləsində heyətini gücləndirmək istəyən "Qalatasaray" "Roma"nın argentinalı ulduzu Paulo Dibala ilə anlaşıb.
Metbuat.az xəbər verir ki, ulduz futbolçunun meneceri Karlos Novel İstanbula gələrək "Qalatasaray"ın 4-3 qələbəsi ilə başa çatan Trabzonspor derbisini meydançadan izləyib. Məlumata görə, "Qalatasaray" mövsümün sonunda Romadan ayrılacağı deyilən Dibalanı heyətinə qatmaq üçün hərəkətə keçib. Futbolçunun müqaviləsi bu mövsümün sonunda başa çatdığına görə, "Roma" onu mövsümün fasiləsində buraxaraq, müəyyən qədər gəlir əldə etmək istəyir.
Xəbərə görə, "Qalatasaray" Dibalaya illik 10 milyon avro civarında maaş təklif edib. Transfer mövsümün fasiləsində reallaşmasa, "Qalatasaray" futbolçunu mövsümün sonunda pulsuz olaraq heyətinə qatmaq istəyir.