Bakı, 8 iyun, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir regional ofisinin tərkibində fəaliyyət göstərən “Karyera Planlama Xidməti”nin ilk məzunları işlə təmin olunublar.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Xidmətin təşkil etdiyi təlim proqramı müddətində gənclərə müsahibələrə hazırlıq, özünü təqdimetmə, şəxsi inkişaf və digər mövzularda biliklər verilib, məşğələlər keçirilib.
Xidmət gənclərin məşğulluq imkanlarının artırılması məqsədilə məlumat bazası hazırlayıb, onlar üçün əmək yarmarkaları təşkil edib.
Turizm istiqaməti üzrə texniki-peşə bacarıqlarına yiyələnmiş 40 nəfər gənc müxtəlif işlərlə təmin olunub.