Rusiyada ilk dəfə S-500 alayı quruldu

Rusiyanın “S-500 Prometey” hava hücumundan müdafiə sistemi ilə təchiz edilmiş ilk alayı qurulub.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Qərargah rəisi Valeri Gerasimov açıqlama verib. Gerasimov indiyədək nə qədər S-500-ün istifadəyə verilməsi ilə bağlı təfərrüatları açıqlamayıb. O vurğulayıb ki, yeni S-500 hava hücumundan müdafiə sistemləri ilə təchiz edilmiş yeni bölmənin yaradılması Rusiyaya strateji raketdən müdafiə imkanlarını təkmilləşdirməyə imkan verəcək.

Qeyd edək ki, Rusiyanın hava və raketdən müdafiə imkanlarında böyük irəliləyişə səbəb olan “S-500 Prometey” aerokosmik və müdafiə şirkəti Almaz-Antey tərəfindən hazırlanıb. Bildirilib ki, S-500 600 km-ə qədər hava hədəflərini zərərsizləşdirə bilir. S-500, sələfləri olan S-300 və S-400 hava hücumundan müdafiə sistemləri ilə müqayisədə daha geniş təhdidlərə cavab vermək üçün nəzərdə tutulub. S-500-ün ən mühüm yeniliyi onun qitələrarası ballistik raketləri, hipersəsli raketləri və hətta aşağı orbitli peykləri zərərsizləşdirmək qabiliyyətidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı