Xızıda məktəb direktorunun meyiti işlədiyi məktəbdən tapılıb.
Metbuat.az xəbər verir ki, hadisə Xızı rayonunun mərkəzi məktəbində qeydə alınıb.
1959-cu il təvəllüdlü Fazil İsmayıl oğlu Məmmədovun axşam yaşadığı ünvandan idman etmək məqsədi ilə çıxdığı, lakin bu gün səhər saatlarında direktoru olduğu məktəbdə meyitinin
Abşeron-Xızı Regional Təhsil İdarəsi Xızıda məktəb direktorunun meyitinin işlədiyi məktəbdən tapılması ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir:
"29 dekabr 2024-cü il tarixində, səhər saatlarında Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov vəfat edib. Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib, hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Tibbi-ekspertiza yekunlaşdıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq.
Təhsil müəssisəsinin direktoru Fazil Məmmədovun vəfatı ilə bağlı ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı veririk".