Təyyarə qəzası zamanı ayrılan ər-arvad qovuşdu - VİDEO

Aktau yaxınlığında təyyarə qəzasından sonra həyat yoldaşı Müslümat Siracova ilə əlaqə saxlaya bilmədiyini deyən Nurullah Siracov bu gün ona qovuşub.

Metbuat.az xəbər verir ki, bu barədə Yeni Klinikanın mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, əslən Zaqatala rayonunun Danaçı kəndindən olan ər-arvad Siracovlar dekabrın 25-də Bakıdan Qroznıya uçan və Aktau yaxınlığında qəza enişi edən təyyarədə olublar. N. Siracovun xəstəxanadan çəkilmiş videosunda həyat yoldaşının qəza anında yanında oturduğunu, lakin ayılandan sonra onu görmədiyini, həyat yoldaşı üçün darıxdığını bildirmişdi.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı