Birləşmiş Ərəb Əmirliklərinin Ras əl-Xaymə əmirliyindəki Yeni il atəşfəşanlığı rekord qırıb.
Metbuat.az xəbər verir ki, tədbir dron şousu və atəşfəşanlığa görə iki yeni rekord qeydə alınıb. Bildirilir ki, sahil xəttinin dörd kilometrlik hissəsində 1,4 min dron, lazer və pirotexnika vasitəsilə üç hissəli təqdimat nümayiş etdirilib. Birinci akt əmirliyin ekosistemindən, ikinci akt dəniz irsi və mirvari hasilatından, üçüncü akt isə dənizçilik tarixindən bəhs edib. Şou atəşfəşanlıqla başa çatıb.