Ukrayna Suriyanın dirçəlməsi üçün həyata keçirilən bütün səylərə kömək edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib. O, sosial media hesabında Ukraynanın xarici işlər naziri Andriy Sybiha və kənd təsərrüfatı siyasəti və qida naziri Vitali Kovalı qəbul etdiyini bildirib. Zelenskinin sözlərinə görə, o, Suriya səfərindən sonra hər iki nazirin hazırladığı hesabatla bağlı məlumat alıb.
Zelenski, “Suriya rəhbərliyi və bütün tərəfdaşlarla əməkdaşlıq edərək, Ukraynada taxıl proqramını inkişaf etdirəcəyik. Dəstəyin mümkün qədər güclü olmasını təmin etmək üçün hazırıq" -deyə bildirib.