Yaponiyanın İvate prefekturasındakı quşçuluq fermasında quş qripi epidemiyası səbəbilə daha 50 min toyuğun məhv edilməsinə başlanılıb.
Metbuat.az xəbər verir ki, Yaponiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu, cari mövsümdə ölkədə yüksək patogenli quş qripinin 19-cu yayılmasıdır. Məlumata görə, nazirlik mövsümün əvvəlindən 11 əyalətdə təxminən 1,7 milyon quşun məhv edildiyini bildirib. Yerli dairələrin məlumatına görə, quş qripi epidemiyası səbəbilə İvate prefekturasındakı zərər çəkmiş ərazinin 3 km radiusunda iki fermada 170 min quşun hərəkətinə məhdudiyyət qoyulub. Bundan əlavə, 10 km-lik müşahidə zonası yaradılıb və ətrafda təxminən 3,8 milyon quşun hərəkəti məhdudlaşdırılıb.
Qeyd edək ki, bundan əvvəl Aiçi prefekturasının ayrı-ayrı fermalarında quş qripi epidemiyası səbəbilə 120 min və 147 min quş məhv edilib. İbaraki prefekturasındakı fermada isə 1,1 milyondan çox quş məhv edilib.