Təyyarə qəzasında yaralanan ər-arvadın təsirli görüntüsü

Dekabrın 25-də Aktau yaxınlığında təyyarə qəzasında yaralanan Nurulla Siracov həyat yoldaşı Müslümət Siracovanı ziyarət edib.

Metbuat.az xəbər verir ki, bununla bağlı həkim Fəxriyyə Quliyeva "Instagram" hesabında paylaşım edib.

Onlar Yeni Klinikada müalicə olunurlar. Nurulla Siracov həkimlərin köməyi ilə yoldaşını palatada görməyə gedib. Müslümət Siracovanın vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Xatırladaq ki, Zaqatala rayon sakinləri olan Nurulla Siracov təyyarə qəzasından sonra həyat yoldaşından xəbər ala bilməyib, qəzadan 3 gün sonra isə Müslümət Siracovanın sağ olduğu ortaya çıxıb.

Sevinc İbrahimzadə / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı